13 Fevral 2020 15:52
5 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehsalçı şirkətin Rusiya Prezidenti Vladimir Putinin geyindiyi narıncı gödəkçənin fotosunu internet səhifəsində yerləşdirilməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, firma barədə Rusiyada Federal Antiinhisar Xidmətinə reklam qanununu pozması barədə şikayət edilsə də, cərimə tətbiq olunmayıb.

Şirkət Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşərkən çəkilən fotoşəklini “Putin Soçiyə səfərində xüsusi sifarişlə tikilən modeli seçdi” qeydi ilə paylaşıb. Rəqibləri isə firmanın haqsız rəqabət apardığını əsas gətirərək şikayət edib.

Şikayəti araşdıran kollegiya şirkətə cərimə tətbiq etməyib. Qərarda fotoşəklin reklam məqsədilə deyil, informasiya vermək üçün istifadə olunduğu bildirilib.

Qeyd edək ki, Putinin geyindiyi gödəkçənin qiyməti təxminən 14 min rubl təşkil edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər