25 Sentyabr 2014 13:43
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri bu dəfə Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində bir araya gələcək.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu gün baş tutacaq görüşdə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə və Ukrayna böhranı müzakirə olunacaq.

Assambleya çərçivəsində həmçinin Ebola mövzusunda konfrans keçirilir. BMT Baş Katibi Pan Gi Munun dəvəti ilə keçirilən toplantıda ABŞ Prezidenti Barak Obama da iştirak edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər