ABŞ Prezidenti Donald Trampın Çində yayılan koronavirusla bağlı verdiyi açıqlama diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Çin hökumətinin virusla mübarizə tədbirləri haqda müsbət fikirlər səsləndirən Tramp Vaşinqton-Pekin xəttinin işbirliyində olduğunu deyib.
“Çin virusla bağlı bir sıra peşəkar tədbirlər planını işə saldı, məncə, çox istedadlıdırlar”, - Amerika prezidenti qeyd edib.
Çinin virus haqda həqiqətləri deyib-deməməsi haqda suala isə belə cavab verib: “
“Bunu heç vaxt bilməyə bilərsiniz, amma vəziyyəti ən yaxşı formada göstərməyə çalışırlar”.