Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı İngiltərənin “Nyukasl Yunayted” komandasını almağa razı salan şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, “Wall Street Journal” nəşri Salmanı erməni əsilli model Kim Kardaşyanın yaxın rəfiqəsi amerikalı teleaparıcı Karla DiBellonun razı saldığını iddia edib.
“Nyukasl Yunayted”in hazırkı sahibi Mayk Eşli ilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu arasında davam edən danışıqların son mərhələyə çatdığı bildirilir.
Məlumata görə, Salman “Nyukasl Yunayted”i satın almaq üçün 350 milyon funt sterlinq ödəyəcək.