Rusiyada karantin xəstəxanasından qaçan 32 yaşlı Alla İlyina onu xəstəxanaya aparmaq cəhdlərinə müqavimət göstərib.
Teleqraf.com xəbər verir ki, qadın Sankt-Peterburqdakı evində gizlənib.
O, qapını kilidləyib və polis əməkdaşlarını içəri buraxmaqdan imtina edib.
Keçən ay Çin səfərindən qayıdan İlyina yoxlamadan keçib. Testin nəticələrində virusa yoluxmadığı aşkarlanıb. Lakin koronavirusun inkubasiya dövrü olan iki həftə karantində qalması tapşırılıb.
O isə etiraz edib: “Əgər üç analizdən sonra sağlam olduğum bildirilirsə, niyə karantində qalmayam?”
Karantinə razılaşmayan İlyina elektron kilidi sındıraraq xəstəxanadan qaçıb. İnstaqram hesabında isə xəstəxanadan necə qaçdığının planını paylaşıb.
Alla İlyina Rusiyada karantindən qaçan ilk insan deyil. Ötən ay 34 yaşlı Güzel Neder oğlu ilə birlikdə Samaradakı xəstəxananın pəncərəsindən qaçıb.
Güzel Neder Hainan adasında tətildən qayıtdıqdan sonra dörd gün qızdırma və öskürəkdən əziyyət çəkən oğlu ilə karantinə yerləşdirilmişdi.
Analizlərin nəticələrinə görə, Neder virusa yoluxmayıb və hamilə olub. Bunu öyrəndikdən sonra xəstəxanadakı vəziyyətin pis olması səbəbilə pəncərədən qaçıb.