14 Fevral 2020 20:44
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin və Yunanıstanın hərbi nümayəndə heyətləri fevralın 17-21-də Afinada danışıqlar aparacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın NATO-nun Brüsseldəki toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panayotopulos ilə görüşündə razılığa gəlinib.

Bu, iki dövlət arasında sayca üçüncü belə görüş olacaq.

Görüşlərin əsas məqsədi qarşılıqlı etimadın artırılmasıdır. Müzakirələr çərçivəsində iki ölkənin hərbiçiləri arasında dialoq kanallarının daim açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər