Donetskdə separatçıların nəzarəti altında olan ərazidə yeni kütləvi məzarlıqlar aşkarlanıb.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Zaxarçenko məlumat verib: “Hələlik üç məzarlıq tapılıb, onlardan birində 40-a yaxın dinc sakinin cəsədi var, digər ikisində isə döyüşçülərə və ukraynalı əsgərlərə məxsus meyitlər var”.
“Baş nazir”in sözlərinə görə, Donetskdə tapılmış məzarlıqların araşdırılmasına beynəlxalq ekspertlər, xüsusilə Avropa və Rusiyadan olan təhlükəsizlik və daxili işlər nazirliyi əməkdaşları cəlb olunub.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.