15 Fevral 2020 10:09
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 1716 həkim və tibb bacısı xəstələri müalicə edərkən koronavirusa yoluxub, onlardan 6-sı vəfat edib.

Teleqraf.com-un xəbərinə görə, Çin səhiyyə nazirinin müavini Zeng Yixin bəyan edib ki, həkim və tibb bacıları koronavirusla mübarizədə öz həyatlarını təhlükəyə atıblar.

Çində son həftələrdə bir çox xəstəxanada personalın istirahət etmədən işlədiyi və bəzən qoruyucu geymədiyi bildirilmişdi.

Çində indiyə qədər 1381 nəfər koronavirusdan ölüb, epidemiyaya tutulanların sayı isə 63922 nəfər olub.

Eyni zamanda Çin xaricində 24 ölkədə 456 nəfərdə koronavirusu aşkarlanıb.


Müəllif: Cavad