Əsəd rejiminə aid qüvvələr İdlibin şimalındakı Sarmada kəndində mülki düşərgəni artilleriya atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, Əsəd qüvvələrinin mülki vətəndaşlara hücumu zamanı 6 nəfər yaralanıb.
Hazırda Əsəd İdlib və Hələb şəhərinə hücumu davam etdirir.
Bu arada alman mediası İdlib-Hələb arasındakı xətdən Bəşər Əsəd qüvvələrini artilleriya atəşinə tutan türk əsgərlərinin fotosunu yayıb.
İdlib yaxınlığındakı Binniş kəndinin sakinləri türk əsgərlərini türk bayrağı ilə qarşılayıb.