15 Fevral 2020 16:27
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turqut Özal təyyarə havaya qalxanda və yerə enəndə pilot kabinəsinə gələrdi. Süleyman Dəmrəl axşamı evində keçirmək üçün gündəlik uçuşlar həyata keçirməyə üstünlük verərdi. Tansu Çillər isə təyyarə səyahəti zamanı rahat paltar geyməyi üstün tuturdu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə tarixinin ən peşəkar pilotlarından olan Mehmet Bodur deyib.

Bodur Hərbi Hava Qüvvələrində 20 il, Türk Hava Yollarında isə 23 il işləyib. Ömrünün 28 min 300 saatını havada keçirib.

Daha maraqlısı isə Bodrun sabiq Türkiyə prezidentləri Süleyman Dəmrəl, Turqut Özal, baş nazir Tansu Çillər, Baş qərargah rəisləri Doğan Gürəş və İsmayıl Hakkı Karadayının özəl pilotu olub.

Pilot xidmət etdiyi dövlət və hökumət başçıları haqqında maraqlı fikirləri ilə diqqəti çəkib: “Mərhum prezident Dəmrəlin xüsusi uçuş qaydası vardı. O, olduğu bütün səfərlərdə proqramı elə hazırlayırdı ki, axşam mütləq evində istirahət etsin. Yatağı üçün darıxdığını deyərdi. Xüsusilə, son illər xanımının xəstəliyi səbəbindən bu məsələyə üstünlük verərdi. Bizdə uçuşu bu rejimlə müəyyən edirdik ki, o, axşam mütləq evində dincələ bilsin”.

Pilot sabiq baş nazir Tansu Çillər haqqında danışarkən ona daha çox xidmət göstərdiyini deyib: “Çillər təyyarədə daha rahat paltarlar geyməyə üstünlük verərdi. Çox mehriban xanım idi”.

Mərhum prezident Turqut Özal barədə danışan pilot bildirib ki, onu maraqı şəxs kimi xatırlayır: “Turqut bəy elektrikə, elektrotexnikaya maraqla yanaşırdır. Uçuş zamanı hər zaman pilot kabinəsini ziyarət edərdi. Təyyarənin havaya qalxmasını və enməsini yanımızda seyr edərdi. Onu salonda görmək bizə zövq verərdi. Uzun məsafəli uçuşlar zamanı liderlərimizlə qardaş, ata-oğul kimi olurduq”.


Müəllif: Cavad

Oxşar xəbərlər