Ankaradakı Ortakoy qəbiristanlığında xristianlara məxsus 20 məzar dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti bildirib.
Hadisənin fotolarını dərc edən nəşrin məlumatına görə, bunu altı yeniyetmə törədib. Onlar məzar daşlarını yıxıb və sındırıblar. Dağıdılan bəzi qəbir daşlarında rus soyadları həkk olunub. Ümumilikdə burada 72 nəfər qeyri-müsəlman dəfn olunub.
Vandallar qəbiristanlığın mühafizəçiləri tərəfindən tutulub, polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb. Bildirilir ki, mərhumların yaxınlarına dəymiş ziyana görə kompensasiya ödəniləcək.