İranda qadınlara yüksək vəzifələrdə işləmək imkanı verilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani İranda Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə söyləyib.
Onun sözlərinə görə, prezidentə qadın naziri seçmək üçün şərait yaradılmalıdır.
Ruhani bildirib ki, İranın hazırkı hökuməti nazirlərə ən azı bir müavin və ya müşavirin qadın olmasını tapşırıb.
İran Prezidenti hazırkı hökumətinin dövründə 4 qadın səfir təyin olunduğu və İranın Xarici İşlər Nazirliyinə qadın səfirlərin sayının artması haqqında tapşırıq verildiyini qeyd edib.
Ruhani onu da vurğulayıb ki, İranda silahlı qüvvələr istisna olmaqla 2,37 milyon nəfər dövlət idarələrində çalışır.