16 Fevral 2020 14:10
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın Hakurk bölgəsində hücum hazırlığında olan və aralarında "Harun" kod adlı hücum və təxribat bölməsinin rəhbərinin də olduğu 8 PKK-lı terrorçu hava zərbələri nəticəsində zərərsizləşdirilib”, - deyə məlumatda qeyd edilir.


Müəllif: Nərgiz