"Biz Münhendə Rusiyaya Suriyada davamlı sabitliklə bağlı razılıq əldə olunmasını təklif etdik. Suriyada ya sülh əldə olunmalıdır, ya da mübarizə davam etdiriləcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri Münhendə səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu Suriya ilə bağlı son qərarın verilməsinin vacibliyini bildirib.