17 Fevral 2020 11:54
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kəşfiyyat Xidmətinin sabiq direktorunun qızı Sofiya Neqreponte həbs edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyatçının qızı 24 yaşlı dostu Yusif Rasmussenlə mübahisə edib.

Mübahisə zamanı Sofiya Yusifi boyun nahiyəsindən bıçaqlayıb. Polisə ifadəsində gənc xanım cinayət haqqında danışıb və baş verənləri etiraf edib. Polis qızı cinayətin baş verdiyi evdə saxlayıb.

Gənclər əvvəlcə televizora baxıblar, daha sonra aralarında mübahisə düşüb və bu, davaya çevrilib. Bir müddət sonra onlar sakitləşib, lakin sonra yenidən konflikt böyüyüb.

Qız polisə deyib ki, gənc oğlanla mənasız problemlər səbəbindən mübahisə edib. Sonradan gənc oğlanın başı üzərində dayanaraq ondan ölməməyini xahiş edib.

Xatırladaq ki, Sofiya Neqreponte Con Neqrepontenin qızıdır. Con Neqreponte 2007-ci ildə ABŞ dövlət katibinin müavini, 2005-2007-ci illərdə isə Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsində çalışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər