17 Fevral 2020 15:16
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus Respublikası sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi üçün Avropa Birliyi və Rusiyadan daha geniş dəstək və kömək gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Sərhəd infrastrukturu xərcləri bizim üçün ucuz başa gəlmir. Daha geniş dəstək və kömək gözləyirik. Yeri gəlmişkən, təkcə Avropa Birliyindən deyil, Rusiya Federasiyası ilə ümumi sərhədlərimiz də bura daxildir”, - Lukaşenko bildirib.

Respublika başçısı ümumi təhdidlərin qarşısının alınmasında, Belarus ilə əməkdaşlığın gücləndirilməsində Avropa Birliyinin marağından istifadə etməyin lazım olduğunu vurğulayıb. Lukaşenko ölkəsinin onlarla belə təhdid aldığını söyləyib.

“Qanun pozuntularının aşkarlanmasına zəmanət verilməlidir, daha da yaxşısı, qarşısı alınmalıdır. Sərhədin hər bir metri etibarlı şəkildə qorunmalıdır. O cümlədən ən müasir texniki vasitələrdən istifadə edilməlidir. Əlbəttə ki, həmişə olduğu kimi, yerli əhalinin köməyi ilə də bu işə ehtiyacımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər