17 Fevral 16:41
1 220

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın sosial şəbəkədə paylaşdığı fotolar müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən İvanka orada çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb.

Dubay şəhərində Şeyx Zayed məscidini ziyarət edən prezidentin qızının islam dininin qaydaları ilə geyinməsi diqqət çəkib. Başına çarşab örtən İvankanın uzun libası də kameraların obeyktivinə tuş gəlib.

Həmin fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu