17 Fevral 2020 16:34
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda birgə patrul xidməti barədə təklifi tanınmamış Luqans və Donetsk respublikaları ilə müzakirə olunmalıdır, lakin Kiyev dialoqa hazır olduğunu göstərmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, yeni bir təşəbbüsdür və əlbəttə ki, nəzərdən keçirmək üçün tanınmamış respublikaların rəhbərliklərinin rəyini nəzərə almaq, mövqelərini başa düşmək üçün onlarla danışmaq lazımdır. Amma Kiyev onlarla dialoqa başlamağa hazır olduğunu göstərmir”, - Peskov jurnalistlərə deyib.

Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiyaya işğal altında olan Donbas bölgəsində (Luqansk və Donetsk) birgə patrul xidmətinin həyata keçirilməsini təklif edib.

Rusiya Dövlət Duması Zelenskinin təklifini yüksək qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər