Çində universitetdə 15 dəqiqə ərzində yeni tip koronavirusu aşkar edən sürətli test dəsti hazırlanıb.
Teleqraf.com xəbər verir ki, Nankay Universitetinin mütəxəssisləri və Tianjindəki əczaçılıq şirkətlərinin mütəxəssisləri öz işləri ilə "Yeni Tip Koronavirus IgM / IgG Antikor Təsbit Kitləri" hazırlayıblar.
15 dəqiqə ərzində koronavirusu aşkarlayan test dəsti şübhəli insanları asanlıqla və tez aşkarlayacaq. Bu prosesini sürətləndirəcək dəstin qısa müddətdə epidemiyaların qarşısını almaq üçün istifadə ediləcəyi gözlənilir.