Çində koronavirusa yoluxanların sayı 72,4 min nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi bildirib.
Qeyd edilib ki, onlardan 1,8 mindən çox insan həlak olub, 12,5 min nəfər müalicə olunub və xəstəxanalardan buraxılıb.
Ötən gün ərzində ölkə üzrə ümumilikdə 1886 təsdiq olunmuş yoluxma hadisəsi aşkar edilib, 98 ölüm hadisəsi qeydə alınıb, 1701 xəstə evə buraxılıb.