18 Fevral 2020 11:30
4 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada ən çox nəzarətsiz silah Liviyadadır. Hazırda bu ölkədə 150-200 min ton ağırlığında nəzarətsiz silah var”.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Humanitar Yardım Missiyasının koordinatoru Yaqub əl-Hill açıqlama verib.

O qeyd edib ki, Liviya dronların (PUA) tez-tez sınaqdan keçirildiyi və istifadə olunduğu dünyanın ən böyük teatrına çevrilib.

Liviyanın legitim Milli Sülh Hökumətinin devrilməməsi üçün Türkiyənin dəstək verdiyini bildirən Əl-Hill deyib:

“Türkiyədən fərqli olaraq, Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digərləri qiyamçı general Xəlifə Haftarın liderliyindəki orduya dəstək verir. Haftar ordusunu PUA-larla təmin edən ölkə isə BƏƏ-dir. BƏƏ Çinin PUA istehsalını maliyyələşdirir. İordaniyanın da, general Haftara 6 ədəd PUA satdığı bildirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu