18 Fevral 2020 11:16
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sentyabr ayında Ankarada baş tutan Putin-Ruhani-Ərdoğan görüşünün növbəti raundu Tehranda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezident Ərdoğan, Rusiya lideri Vladimir Putin və İran dövlət başçısı Həsən Ruhaninin mart ayında Tehranda bir araya gələcəyi planlaşdırılır.

Dövlət başçılarının zirvə görüşündə gündəmi İdlib böhranı və Əsəd rejiminin hücumları təşkil edəcək.

Almaniya, İngiltərə, Fransa və Türkiyə liderlərinin iştirakı ilə fevralda gözlənilən görüşün də mart ayında baş tutması ehtimal edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər