18 Fevral 2020 12:32
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “müdafiə naziri” Karen Abramyan postundan uzaqlaşdırılıb.

Teleqraf.com erməni KİV-ə istinadən xəbər verir ki, Abramyanın istefaya göndərilməsinin səbəbi 2020-ci ildə “orduda” qeyri- döyüş şəraitində itkilərin artması ilə əlaqədardır.

Məlumatda Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş bölgəsindəki hərbi birləşmələrinin 13 əsgərinin öldüyü bildirilib. İtkilər ilin ilk iki ayında qeydə alınıb. Ən maraqlısı da budur ki, hərbçilər qeyri-döyüş şəraitində həyatlarını itirib.

Abramyanın istefası qərarının fevralın 17-də Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşdən sonra verildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu