18 Fevral 2020 13:14
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin eks-prezidenti Abdullah Gül 2017-ci ildə referendum vasitəsilə qəbul edilən prezident idarəetmə sistemi barədə 3 il sonra sensasion açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Abdullah Gül bu sistemi istəmədiyini deyib.

Onun sözlərinə görə, seçimi tam demokratik parlament quruluşudur:

“Prezident olarkən də parlament üsul-idarəsinin Türkiyə üçün daha doğru olduğunu, hətta səlahiyyətlərimin azaldılmasının belə demokratik nizam üçün daha uyğun olacağını tez-tez bəyan etmişəm. İndiyə qədər türk tipli parlament sistemi ilə idarə edildik. Mühafizə sistemi, kölgə kabinetləri var idi. Bunlar Türkiyənin başına nələr gətirdi. Bundan sonra türk tipli prezidentlik üsul-idarəsi olmamalıdır. O zaman bu barədə danışıb, mövqeyimi ortaya qoymuşdum”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər