Rusiya və Türkiyə hərbi polis qüvvələri Suriyanın İdlib vilayətində birgə patrul xidmətinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı nümayəndəsi Oleq Juravlyov açıqlama verib.
Açıqlamada patrul xidmətinin Suriya-Türkiyə sərhədləri boyu reallaşdırıldığı bildirilib.
Rus hərbi polisinin Hələb və Rəqqada patrul xidmətini davam etdirdiyini açıqlayan Juravlyov, habelə Türkiyə ilə birgə təşəbbüsə havadan dəstək verildiyini də sözlərinə əlavə edib.
Türkiyə Müdafiə Nazirliyi hələlik məsələ ilə əlaqədar açıqlama verməyib.
Qeyd edək ki, ötən il oktyabr ayından Suriya-Türkiyə sərhədlərində birgə həyata keçirilən patrul xidməti Bəşər Əsəd ordusunun İdlibdə 8 türk hərbçisini öldürməsindən sonra dayandırılmışdı.