18 Fevral 2020 19:49
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizə aparan Çinin Yangzhou şəhərində xəstəxanada çalışan tibb bacısının 1 aydır görə bilmədiyi 3 yaşlı oğlu ilə həsrət dolu anları hər kəsi duyğulandırıb.

Teleqraf.com xəbər verir ki, duyğusal görüntüləri yayan Çinin dövlət telekanalı karantin altında olanları müalicə edən xəstəxana personalının ailələri ilə görüşə bilməməsinə diqqət çəkib.

Sosial mediada yayılan videoda tibb bacısının xəstəxananın pəncərəsindən oğluna əl yellədiyi görünür.

Ana və oğlunun həsrət dolu anları ətrafdakıları da kövrəldib.


Müəllif: Leyla

Oxşar xəbərlər