Rusiya Prezidenti Vladimir Putin Vladislav Surkovu prezidentin köməkçisi vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat yayılıb.
Qeyd edək ki, hələ ötən ay Vladislav Surkovun prezidentin köməkçisi vəzifəsindən getdiyi barədə xəbər yayılmışdı. Lakin bu xəbər rəsmi şəkildə təsdiqlənməmişdi.