Pakistan Silahlı Qüvvələri "Raad-2" qanadlı raketini sınaqdan keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidmətindən bildiriblər.
Bildirilir ki, 600 kilometrə qədər məsafəyə uça bilən qanadlı raket uğurla sınaqdan keçirilib. Qeyd edilir ki, silah kompleksi müasir naviqasiya sistemləri ilə təchiz edilib və bu, hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir.
Məlumata əsasən, Pakistan prezidenti Arif Alvi, ölkənin baş naziri İmran Xan və Silahlı Qüvvələrin Qərargah rəisi alimləri və mühəndisləri raketin uğurla sınaqdan keçirilməsi münasibətilə təbrik ediblər.