İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib.
"Bu gün Qumda hər iki şəxsə koronavirusa yoluxma diaqnozu qoyulub və onlar eyni virusdan ölüblər", - o qeyd edib.
15:24
Son iki gündə İranın Qum şəhərində koronavirusa yoluxma şübhəsi ilə bağlı bir neçə hal qeydə alınıb.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur.
"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.
Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərinin aparılacağı vurğulanıb.