Mərakeşdən Belçikaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Ryanair şirkətinə məxsus sərnişin təyyarəsi Mərakeşin Ucda şəhərindən Brüsselə uçarkən, Belçika hava məkanına daxil olduqdan sonra Dennis fırtınasının təsirinə məruz qalıb.
Görüntülərdə sərnişinlərin qarşılarındakı oturacaqdan möhkəm tutduları əks olunub. Arxa oturacaqlarda oturan sərnişinlərin bəzilərinin ağladığı, bəzilərinin isə dua etdiyi nəzərdən qaçmır. Hətta bəzi sərnişinlərin “La ilahə illallah, Mühəmmədən Rəsulallah” dediyi məlum olub.
Sərnişin təyyarəsi Brüsselin hava limanına təhlükəsiz eniş edib və hər hansı problem ortaya çıxmayıb.