19 Fevral 2020 18:49
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyan vəzifəsindən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan orduda baş vermiş müəmmalı ölümlərlə bağlı olaraq idarə rəisini ehtiyata göndərib.

Xəbərdə qeyd edilir ki, bu ilin əvvəlindən Ermənistan ordusunda 13 hərbi qulluqçu ölüb.

Bütün ölüm faktları dinc şəraitdə qeydə alınıb. Dörd hərbi qulluqçunun qəza nəticəsində, dördünün isə xəstəlikdən öldüyü bildirilir.

Qalan beş hadisə isə araşdırılır. Üç hərbçinin ölüm faktına görə, “intihar etmək” maddəsi ilə cinayət işi başlayıb.


Müəllif: Teleqraf.com