19 Fevral 2020 19:15
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Liviyaya min nəfərlik muzdlu döyüşçü qrupu göndərib.

Teleqraf.com xəbər verir ki, bunu Liviyanın şərqindəki müvəqqəti hökumətin Xarici İşlər naziri Əbdülhadi Hüveyc deyib.

“Sputnik Ərəbcə”yə müsahibə verən nazir bildirib ki, əsgərlər Liviyanın milli qaynaqları vasitəsilə göndərilib və bunu edən tanınmamış hökumətin özüdür: “İqtidarı kimlərin əlləri ilə və nəyin bahasına ələ keçirdikləri veclərinə belə deyil. Həm paytaxtda, həm də ölkəmizin digər bölgələrində hər gün cinayət işləyirlər. Bu hökumət tez-tez ruslar da daxil olmaqla, digər ölkələrin vətəndaşlarını qaçırır”.

Hüveyc Türkiyə ilə əməkdaşlıq etdiyinə görə beynəlxalq toplumdan və Rusiyadan bu hökuməti tanıma qərarını geri çəkmələrini istəyib.

Nazir qeyd edib ki, muzdlu əsgərlərə görə həm Türkiyə, həm də Suriyadan gələn vətəndaşlar həbs olunub: “Üstəlik, onların çoxu Aralıq dənizi vasitəsilə qanunsuz yollarla Avropa İttifaqı ölkələrinə qaçmaq istəyir. Bir çoxu buna nail olur. Onlar Avropa üçün təhdid təşkil edir”.

Əbdülhadi Hüveyc bundan öncə də Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirib. Onun iddiaları qeyri-ciddi qarşılandığı üçün rəsmi Ankara məsələ ilə bağlı açıqlama verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər