20 Fevral 2020 00:26
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə rəsmi səfərdədir.

Teleqraf.com xəbər verir ki, Mirziyoyevin Ankarada rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarını köməkçisi Fuad Oktay, XİN rəhbəri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak və digər rəsmilərlə birgə qarşılayıb. Qarşılanma mərasimində 16 türk dövlətini təmsil edən bayraqlar asılıb.

Mərasimdən sonra Ərdoğanla Mirziyoyevin təkbətək görüşü başlayıb.


Müəllif: Teleqraf.com