20 Fevral 2020 10:53
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət və İnkişaf Partyiyasının (AKP) 6 deputatının sabiq Baş qərargah rəisi İlkər Başbuğ haqqında şikayəti əsasında açılan araşdırma çərçivəsində prokurorluq hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, prokurorluq Türk Silahlı Qüvvələri (TSK) tarixində ən ləyaqətli generallardan biri Başbuğun televiziya kanalında verdiyi müsahibənin qeydlərini əldə etmək üçün müvafiq strukturlara müraciət edib.

Müraciətdə generaldan şikayət edilən müsahibənin hansı televiziya kanalında və nə zaman efirə verildiyi də soruşulur.

Türkiyə Televiziya və Radio Yayımları Şurasından gələcək cavaba uyğun olaraq araşdırma və məhkəmənin Ankara və ya İstanbulda davam etdiriləcəyinə qərar veriləcək.

General İlkər Başbuğ iştirak etdiyi televiziya kanallarından birində bəyan edib ki, hərbçilərin mülki məhkəmələr qarşısına çıxarılmasın məqsədilə qanunvericilikdə edilən dəyişikliklərinin arxasında əslində FETÖ olub.


Müəllif: Cavad

Oxşar xəbərlər