Ukrayna Prezidenti Pyotr Poroşenko oğlunun Ali Radada deputatlığa namizədliyini verdiyini təsdiqləyib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Ali Radaya seçkilər oktyabrın 26-da baş tutmalıdır.
Prezident deyib ki, oğlu bu barədə onunla məsləhətləşməyib: "Oğlum qızğın mübarizənin gedəcəyi dairədən namizədliyini verib. Düşünürəm ki, o mənə layiq olacaq".
P.Poroşenko qeyd edib ki, oğlu könüllü əsasda hərbi xidmətə getmək qərarına gəlib.