21 Fevral 2020 10:50
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Türk Silahlı Qüvvələri (TSK) tərəfindən Suriya ərazisinə böyük miqdarda hərbi texnika və əsgər göndərilib.

Teleqraf.com xəbər verir ki, Suriyaya etap olunan hərbi konvoyda xüsusi təyinatlı qüvvələr, zirehli texnika, avtomobillər və döyüş sursatları olub.

Qeyd edilir ki, İdlibdə hava hücumu nəticəsində 2 əsgərin şəhid olması və 5 əsgərin yaralanmasından sonra Türkiyə-Suriya sərhədindən Suriya ərazilərinə göndərilməsi planlaşdırılan hərbi ləvazimatın məntəqələrə çatdırılması prosesi də sürətlənib.

Hatayın Reyhanlı istiqamətindən Suriyaya dislokasiya edilən hərbi karvanda zirehli texnika, silah-sursat və Kayseri Komando Birqadası yer alıb.


Müəllif: Cavad