21 Fevral 2020 11:47
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Əsəd rejimi və dəstəkçilərinin İdlibdəki hərbi hücumların qəbuledilməz olduğunu bəyan edərək, tərəfləri silahlı toqquşmaları dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, AB Suriyanın İdlib regionunda baş verən son durumla bağlı xüsusi bəyanatla çıxış edib.

Bütün tərəfləri silahlı toqquşmaları dərhal dayandırmaq çağırışı edən bəyanatda, Suriya rejimi və onu dəstəkləyənlər tərəfindən İdlibə hərbi hücumların insan fəlakətinə səbəb olduğunun və bunun qəbuledilməz olduğu bəyan edilir.

Bəyanatda bütün tərəfləri beynəlxalq hüquqa tabe olmağa, ehtiyacı olanlara humanitar yardımların çatdırılmasına əngəl olmamaq tələbi də yer alıb.

AB BMT çərçivəsində həyata keçirilən Suriyanın siyasi həll mərhələsinə dəstəyini yenilədiyini qeyd edib, tərəfləri davamlı atəşkəs əldə etməyə səsləyib və mülki insanları qorumaq, Soçi razılaşmasının tələblərinə əməl etməyi tələb edib.

Avropa Birliyi eyni zamanda Suriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını istəyib.

Xatırladaq ki, ötən gün Türkiyə ordusunun dəstəyi ilə Suriya müxalifəti Bəşər Əsəd ordusuna qarşı əməliyyatlara başlayıb. Məqsəd Əsədin İdlibi ələ keçirməsinin qarşısını almaq və Suriya dövlət ordusunu Soçi razılaşması çərçivəsindəki mövqelərinə qayıtmasını təmin etməkdir. Rusiya isə açıq formada Bəşər Əsədə dəstək verib.

Avropa Birliyinin məlum bəyanatı isə faktiki Türkiyəyə dəstək məqsədi daşıyıb.


Müəllif: Cavad

Oxşar xəbərlər