“Ermənistan Milli Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iclası keçiriləcək”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, iclasın Xankəndində keçirilməsi Baş nazir Nikol Paşinyanın Ermənistanın güc və hərbi strukturlarda başladığı islahatlar, Qarabağ münaqişəsi ətrafındakı ən son hadisələrlə əlaqədardır.
Mənbənin iddiasına görə, Ermənistan hökuməti Qarabağda ehtimal olunan təxribatların qarşısını almaq üçün hərəkətə keçib, İrəvan baş verənlərdən narahatdır:
“İrəvan martın 31-də Qarabağda keçiriləcək “seçkilər” ərəfəsində bölgədə aranın qarışacağını gözləyir”.