21 Fevral 2020 14:29
3 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xəzər dənizi üzərindən Suriyaya hərbi qırıcılar göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilir ki, Türkiyə hava sahəsini rus hərbi yükdaşıyan təyyarələr üçün bağladığına görə, Rusiya Suriyaya SU-24 qırıcılarını Xəzər dənizi üzərindən göndərib.

Rusiya mediası isə rəsmi mənbələrə istinadən qeyd edib ki, Rusiyanın Tu-154 hərbi karqo təyyarəsi Xəzər dənizi üzərindən Suriyaya SU-24 qırıcılarını çatdırıb.

Rusiya Müdafiə Nazirliyi bu iddialara münasibət bildirməyib.

Xatırladaq ki, ötən gün səhər saatlarından etibarən Türkiyənin İdlib istiqamətində Bəşər Əsəd qüvvələrinə zərbələr endirməsi səbəbi ilə Ankara-Moskva münasibətlərində gərginlik yaranıb.

Rusiya açıq şəkildə Bəşər Əsədi dəstəkləyir.


Müəllif: Cavad