21 Fevral 2020 15:15
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində kəndirlə bir-birinə bağlanıb aparılan insanların görüntüsü yayılıb.

Teleqraf.com xəbər verir ki, Çində koronavirusdan (Covid-19) ölən insanların sayı 2238 nəfərə çatıb.

Çin alimi Vanq Çin epidemiyanın qrip kimi daim davam edən bir xəstəlik ola biləcəyi xəbərdarlığını edib.

Sosial şəbəkələrdə isə iddia edilir ki, koronavirus xəstəliyindən müalicə alıb normal həyata qayıdan şəxslər yenidən ona yoluxurlar. Bu isə virusun nə dərəcədə təhlükəli olmasından xəbər verir.

Bu ara sosial şəbəkələrdə Çində insanların kəndirlə bir-birinə bağlayaraq həbs edildiyi, onların küçədə nəzarət altında harasa aparıldığı ortaya çıxıb. Bu faktın koronavirusla nə kimi əlaqəsinin olub-olmadığı qəti deyil.

Ancaq kadrlardan görünür ki, insanları kəndirlə bir-birinə bağlayıb harasa aparan şəxslər qoruyucu maskalar taxıblar. Bu da insanlarda belə şübhələr yaradır ki, saxlanılan şəxslər məhz koronavirus daşıyıcılardıdır.

http://video.haber7.com/video-galeri/155909-cinde-insanlari-iplerle-birbirlerine-baglayip-gozlatina-aliyorlar?fbclid=IwAR2XT44nJ0dzh5Q0n2LECI5ywW1TDS-A


Müəllif: Cavad