Dünyada koronavirus nəticəsində ölənlərin sayı 2347 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, İtaliyanın şimalındakı Lombardiya bölgəsində daha 6 nəfər koronavirusa yoluxub. Sakinlərə çölə çıxmamaq və bir müddət evlərində qalmaq barədə xəbərdarlıq edilib.
İtaliyada 1, Cənubi Koreyada isə 2 nəfər virus səbəbilə həyatını itirib. Yaponiyada karantinə alınan “Almaz Şahzadə” gəmisinin Monteneqro heyətindəki 1 nəfərdə koronavirus aşkar edilib.
Kiyev-Moskva xətti üzrə hərəkət edən qatar isə koronovirus şübhəsi səbəbindən karantinə götürülüb. Monteneqro Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaa görə, virusa yoluxan Monteneqro vətəndaşı xəstəxanaya aparılaraq, müalicə olunacaq.
Malaziya isə Çindən səyahət qadağasını davam etdirəcəyini açıqlayıb.