ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Suriyanın İdlib bölgəsində həlak olan hərbçiləri üçün Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bəyanatda Türkiyəyə dəstək nümayiş etdirilib.
“Türk hərbçiləri bölgədə gərginliyi azaltmaq üçün İdlibdədir. Bu kimi hallarda NATO-dakı müttəfiqimiz Türkiyənin yanındayıq. Prezident Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon görüşündə İdliblə bağlı narahatlıqlarını dilə gətirmişdi. Habelə Tramp görüşdə Rusiya və Əsəd rejiminin zülmlərinin dayandırılması və məsələnin diplomatik yolla həlli çağırışını yenilədi”, - bəyanatda bildirilib.
Əlavə edək ki, iki gün əvvəl Bəşər Əsəd ordusu ilə toqquşmada 2 türk hərbçisi həlak olub.