22 Fevral 2020 15:53
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ilk prezidenti Leonid Kravçuk ölkənin Sosial-siyasət nazirinin müavini Natalya Nenyuçenkonun gələcəkdə pensiyaların azaldıla biləcəyinə dair sözlərinə inanmır.

Teleqraf.com xəbər verir ki, Kravçuk ödəmələrin azaldılacağını ilk dəfə eşitdiyini qeyd edərək, belə ifadələri “əsl saxtakarlıq” adlandırıb.

O, hakimiyyətin yüksək pilləsində dayanan şəxslərlə danışdığını, belə bir şeyin olmadığını deyib.

Keçmiş prezident həmçinin bildirib ki, ödənişlərin daha da azaldılması hakimiyyət üçün ciddi problem ola bilər. Buna görə də hakimiyyətə təklif edib ki, bu bəyanatın özəl bir rəy olduğunu cəmiyyətə izah etsin.

Kravçuk belə bir addımın təxribat ola biləcəyini və ölkədə gərginliyə səbəb olacağını söyləyib.

Natalya Nenyuçenkoya görə, ukraynalıların böyük əksəriyyəti yaşayış minimumundan aşağı pensiya alır. O, bunu pensiya sisteminin məhdud resursları və kölgə məşğulluğunun yüksək olması ilə izah edib. Eyni zamanda, xatırladıb ki, işləyən ukraynalıların yalnız beş faizi özəl pensiya sistemində iştirak edir. Nazir müavini bütün bunların gələcəkdə pensiyaların azaldılmasına səbəb olacağını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər