Tripoli hakimiyyəti Liviya ərazisində ABŞ hərbi bazasının qurulmasına etiraz etmir.
Teleqraf.com xəbər verir ki, bunu Liviya Milli Həmrəylik Hökumətinin daxili işlər naziri Fəthi Başağa bildirib.
"Liviya Aralıq dənizinə çıxışı olan vacib ölkədir.1,9 min kilometr neftlə zəngin sahilboyu ərazisi, limanları Liviyanı rusların gözündə Afrikanın qapısı edir. Əgər ABŞ burada baza qurmağı xahiş etsəŞ Liviya hökuməti buna etiraz etməyəcək. Bu, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə, eləcə də Liviyaya müdaxilə edən ölkələri dayandırmaq üçün vacibdir. Rusiyalılar Liviyaya yalnız Haftara görə gəlməyib. Onların Liviya və Afrika ilə bağlı böyük strategiyası var", - liviyalı nazir deyib.