23 Fevral 2020 11:45
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada İmperatorun doğum günü rəsmi dövlət bayramı kimi keçirilir.

Teleqraf.com xəbər verir ki, cari ildə ilk dəfə olaraq həmin bayram fevralın 23-də yeni İmperator Naruhitonun doğum günündə qeyd ediləcək.

İmperator Naruhito öz monarx səlahiyyətlərini 2019-ci il mayın 1-də, atası İmperator Akihito könüllü şəkildə taxtı tərk etdikdən sonra əldə edib. Bundan sonra Fəxri İmpertaor titulu alan Akihito isə yaşının çoxluğu ilə əlaqədar dincəlməyə yollanıb. Fəxri İmperator Akihito son iki yüz ildə İmperator Kokakudan sonra taxtı könüllü tərk edən ilk yapon monarxdır.

Adətən Yaponiya İmperatorunun doğum günündə sarayın qapıları monarxı təbrik etmək məqəsədilə gələnlərin sərbəst girişi üçün açıq olur. İmperator və ailə üzvləri gün ərzində üç dəfə xüsusi eyvana çıxaraq, buraya toplaşanları salamlayırlar. Lakin cari ildə yeni koronovirusun yayılması təhlükəsi ilə əlaqədar həmin mərasimin təşkili ləğv edilib. Bu barədə İmperator Saray dəftərxanası xüsusi məlumat yayıb.

Rəsmi mənbələrə əsasən, İmperator Naruhitonun doğum günü cari ildə yalnız əcnəbi diplomatların da qatılacağı xüsusi mərasimlə yekunlaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər