23 Fevral 2020 13:31
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr İraqın dövlət informasiya agentliyinin saytında (NİNA) da geniş şəkildə işıqlandırılıb.

Azərbaycanın İraqdakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışına yer ayrılıb, ölkəmizin haqlı mövqeyi nümayiş etdirilib.

Prezident İlham Əliyevin ortaya qoyduğu tarixi və siyasi arqumentlərlə Azərbaycanın işğala məruz qaldığı, Ermənistanın isə beynəlxalq qanunlara məhəl qoymadığı sübuta yetirildiyi diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com