23 Fevral 2020 14:29
3 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda 8 nəfərin ölümünə səbəb olan zəlzələ ilə əlaqədar Daxili İşlər naziri Süleyman Soyluya zəng edib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısının zəlzələ baş verən bölgələrdəki vəziyyət, xilasetmə tədbirləri ilə əlaqədar Soyludan məlumat aldığı bildirilir.

Qeyd edək ki, İranda bu gün baş verən 5,9 baş verən zəlzələ Vanda dağıntılara və insan təlafatına gətirib çıxarıb. İlkin məlumatlara görə, 8 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com