İtaliyanın Kremona əyalətində koronavirusa yoluxmuş daha bir nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bununla da İtaliyada Covid-19-dan ölənlərin sayı 3 olub.
“Daha bir ölüm faktı qeydə alınıb. Onkoloji şöbədə yerləşən virusa yoluxmuş qadın dünyasını dəyişib”, - deyə Lombardiya vilayətinin səhiyyə məsələləri üzrə mütəxəssisi Culio Qallera bildirib. Onun sözlərinə görə, Lombardiyada koronavirusa yoluxanların sayı 112 nəfərə çatıb. Ölkə miqyasında isə bu rəqəm 150 olub.
Virusa yoluxanlar əsasən Lombardiya və Veneto sakinləridir.