24 Fevral 2020 14:13
2 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türklər heç vaxt Böyük Turan ideyasından imtina etmədi. Bu ideya nə deməkdir? Bu, Böyük Turanın - Adriatikdən Sakit Okeana qədər nəhəng bir dövlətin yaradılması deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq və türkoloq Viktor Nadeyn-Raevski deyib.

Ekspert Türkiyənin həyata keçirməyə cəhd etdiyi bu ideyanın reallaşmayacağına inanır:

“Türk mənşəli insanların, əsasən 28 türkdilli xalqın - tatarların, başqırdların əksəriyyəti Rusiyada, Qafqazda, eləcə də keçmiş SSRİ respublikalarında yaşayırlar”.

Raevskinin fikrincə, Sovet İttifaqının dağılmasından sonra Türkiyə türkləri Böyük Turan ideyasını gerçəkləşdirmək üçün keçmiş SSRİ-nin türkdilli xalqları ilə fəal əlaqə qurmağa başladılar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər