Qazaxıstanın Almaatı şəhərindən 240 kilometr cənub-qərbdə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxstan Respublikasının Təhsil və Elm Nazirliyi nəzdində Seysmoloji ekspert ekspedisiya Komitəsi dövlət qurumu xəbər yayıb.
Zəlzələ Astana vaxtı ilə 25 sentyabr 23:59 radələrində (Bakı vaxtı ilə 26 sentyabr 00:59) baş verib. Yeraltı təkanların episentri Qazaxstan ərazisində olub. Tektonik katoklizmanın ocağı 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində zərərçəkən və dağıntılar barədə məlumat verilmir.